"Qarabağ" UEFA Çempionlar Liqasının 2023/2024 mövsümündə mübarizəyə başlayıb. SİA xəbər verir ki, I təsnifat mərhələsinin ilk oyununda Cəbəllütariqdə "Linkoln"un qonağı olan Ağdam klubu bu gün Bakı Olimpiya Stadionunda cavab oyununa çıxacaq. Matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Matçı FİFA referisi Eldorjan Hamiti idarə edəcək. Ona laynsmanlar qismində Ridiger Çokaj və Ani Koçiaj köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Cjapi Kreshnik yerinə yetirəcək.
Xatırladaq ki, "köhlən atlar" I təsnifat mərhələsinin "Viktoriya" stadionunda baş tutan ilk oyununu 2:1 hesablı qələbə ilə yekunlaşdırıb.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB