İspaniyanın “Jirona” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
SİA-nın əldə etdiyi məlumata görə, La Liqa təmsilçisi “Barselona”dan Pablo Torreni heyətinə cəlb edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İyirmi yaşlı futbolçu 2023/2024-cü illər mövsümünü icarə əsasında “Jirona”da çıxış edəcək.
Qeyd edək ki, “Barselona” Pablo Torreni ötən ilin yayında “Rasinq”dən transfer edib. İspaniyalı yarımmüdafiəçi komandanın heyətində meydana çıxdığı 16 rəsmi matçda 2 qol ötürməsi edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB