"Vest Hem" "Çelsi"nin və İngiltərə millisinin yarımmüdafiəçisi Konor Qallagerlə maraqlanır. SİA “Sky Sports”a istinadən xəbər verir ki, Qallagerin müqaviləsinin bitməsinə iki il qalıb və “Çelsi” ilə müqaviləsinin uzadılması ehtimalı var.
İngiltərə millisinin yarımmüdafiəçisi "Çelsi" ilə birlikdə ABŞ-da səfərdədir. “Çelsi”nin ona 40 milyon funt sterlinqdən çox dəyər verdiyi deyilir.
Qallager Deklan Raysın “Arsenal”a 105 milyon funt sterlinq dəyərində transfer edilməsindən sonra “Vest Hem”in istədiyi bir sıra yarımmüdafiəçilərdən biridir.
"Vest Hem" “Sauthempton”un kapitanı Ceyms Vord-Prouz, “Yuventus”un futbolçusu Denis Zakariya və “Ayaks”dan Edson Alvareslə də maraqlanır.
Müəllif: Aysel Naibli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB