"Liverpul" yarımmüdafiəçi axtarır

"Liverpul" yarımmüdafiəçi axtarır

Fabinyonun Səudiyyə Ərəbistanına keçmək üçün razılaşmaya yaxın olduğu və Cordan Hendersonun gələcəyi şübhə altında olduğu üçün "Liverpul" yarımmüdafiəçi axtarır. SİA xarici KİV-ə istinadən xəbər verir ki, "qırmızılar" "Kristal Pelas"ın ulduzu Çeyk Dukur ilə maraqlanır. “Pelas” onu keçən yay 33.6 milyon dollar (26 milyon funt sterlinq) məbləği ilə “Lens”dən transfer etmişdi.

“Liverpul” Mali millisinə keçərsə, təxminən 50 milyon funt sterlinq qazana bilər.

Qeyd edək ki, Premyer Liqada 34 oyun keçirən yarımmüdafiəçi Dukur 2022-23 mövsümünün azarkeşlər tərəfindən ən yaxşı oyunçusu seçilib.

Müəllif: Aysel Naibli

Bütün xəbərlər Facebook səhifəmizdə