Andorrada 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı “C” divizionunda millimizin ilk oyunu baş tutub.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Basketbol Federasiyasından məlumat verilib. B qrupunda qərarlaşmış millimiz qrupun ilk oyununda yerli Andorra seçməsini 64-50 hesabı ilə məğlub edib və Avropa çempionatına qələbə ilə start verib.
Qızlardan ibarət millimizin qrupdakı ikinci oyunu Moldova yığmasına qarşı olacaq. Oyun iyulun 19-da Bakı vaxtı ilə saat 19:00-da keçiriləcək və FIBA -nın rəsmi yutub hesabından canlı olaraq yayımlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB