"Sabah bizi meydanda ciddi müdafiə olunan rəqib gözləyir" - Qurban Qurbanov

"Sabah bizi meydanda ciddi müdafiə olunan rəqib gözləyir" - Qurban Qurbanov

"Bizim ilk qarşılaşmamız baş tutdu. Bu gün komandamız meydanda istədiyimiz performası göstərə bilmir. Bizi sabah meydançada ciddi müdafiə olunan rəqib gözləyir. Sabahkı oyuna çox ciddi yanaşırıq. Yaxşı bir nəticə göstərmək istəyirik. Mən futbolçularıma inanıram və güvənirəm". SİA xəbər verir ki, bu sözləri Qarabağ futbol klubunun baş məşqçisi Qurban Qurbanov Qarabağ-Linkoln qarşılaşmasından öncə baş tutan mətbuat konfransında qeyd edib.

Stadionla bağlı düşüncələrə gəldikdə isə baş məu Bakının hər yerinin doğma olduğunu bildirib: "Əlbəttə ki biz də azarkeşlərin rahatlığını istəyərdik. BOS-da da bizim maraqlı oyunlarımız olub. İnanmıram ki, azarkeşlər stadiona görə bizdən uzaq qalsınlar. Bu stadiona gəlməyə vaxt çox gedə bilər. Amma azarkeşlər hər zaman "Qarabağ"ın yanındadır".

"Deməzdim ki, heyətdə ciddi dəyişiklik gözlənilir. Hansı mövqeyə kimi yerləşdirsək, öz öhdəliyini yerinə yetirməyə çalışır. Əlimizdə olan futbolçular bizi qane edir. Çalışırıq ki, komanda da yeni bombardirlər olsun".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə