BOS dünyanın ən yaxşı 100 stadionu sırasındadır

BOS dünyanın ən yaxşı 100 stadionu sırasındadır

Bakı Olimpiya Stadionu (BOS) dünyanın ən yaxşı 100 stadionu sırasına düşüb. SİA xəbər verir ki, “FourFourTwo” nəşrinin araşdırmasına görə, BOS siyahıda 41-ci yeri tutur.

Dünyanın ən yaxşı arenası Argentinadakı “La Bombonera” seçilib. Braziliyada yerləşən məşhur “Marakana” ikinci pillədədir. İlk “üçlüy”ü Almaniyanın “Borussiya” (Dortmund) klubunun ev oyunlarını keçirdiyi “Siqnal İduna Park” qapayır.

Bütün xəbərlər Facebook səhifəmizdə