"Trabzonspor" Uilson Manafanı təqib edir

"Trabzonspor" Uilson Manafanı təqib edir

Transfer çalışmaları çərçivəsində 5 futbolçusunu rənglərinə bağlayan "Trabzonspor", bir müddətdir gündəmdə olan Uilson Manafa ilə əlaqə saxlamağa davam edir. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Portuqaliyanın aparıcı qəzetlərindən biri olan "Record", tünd qırmızı-mavi klubun "Porto" komandası ilə müqaviləsi başa çatan 28 yaşlı sağ cinah müdafiəçisi ilə müqavilə bağlamaq üzrə olduğunu iddia edib.

Sol cinah müdafiəsində və hər iki cinahda uğurla çalışa bilən 1,77 metrlik futbolçu bu mövsüm 18 rəsmi oyunda meydana çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə