"Məşqçi öz səviyyəsini qaldırdıqca tələbələrinin də səviyyəsi qalxır" - QURUM RƏSMİSİ BİLDİRDİ
"Fikrimcə, gimnastlarımızın uğurlar qazanması Azərbaycan Gimnastika Federasiyasının böyük əməyindən irəli gəlir. Gimnastikanın ölkədə tanınmağı vacib bir şərtdir. Beynəlxalq səviyyəli yarışların keçirilməsi, gimnastikanın təbliği balaca uşaqların da həvəsini artırır. Onlar da belə böyük yarışlarda iştirak etmək istəyirlər”. Bu sözləri SİA-ya açıqlamasında Ocaq Sport Klubun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Vəfa Bəkərova deyib.
O bildirib ki, bundan əlavə, klublara dəstək verilməsi, uşaqların məşq edə bilməsi üçün lazımi şəraitin yaradılması və hətta məşqçilərin daha da peşəkar olması üçün keçirilən seminarlar təşkil olunur: “Qarşıda Ocaq Sport Klubun II beynəlxalq yarışı gözlənilir. Təbii ki, uğurların davamlı olması üçün mühüm işlər görülməlidir. Məşqçilər həm uşaqların, həm də öz üzərlərində çalışmalıdır. Məşqçi öz səviyyəsini qaldırdıqca tələbələrinin də səviyyəsi qalxır".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB