"Napoli"nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya 2022/23 mövsümündə Gürcüstanda ilin ən yaxşı futbolçusu seçilib. O, səsvermədə 254 bal toplayıb.
SİA-nın əldə etdiyi məlumata görə, sorğuda 85 idman jurnalisti iştirak edib, onlardan 84-ü Gürcüstan millisinin 22 yaşlı yarımmüdafiəçisini birinci yerə layiq görüb.
Səsvermədə ikinci yeri 130 xal toplayan “Metz” (Fransa) komandasının hücumçusu Georgi Mikautadze tutub. “Valensiya”nın (İspaniya) qapıçısı Giorgi Mamardaşvili 102 xalla üçüncü olub.
Qeyd edək ki, Xviçi üçün bu mükafat onun karyerasında ikinci mükafatdır. O, əvvəllər bunu 2020/21 mövsümündə almışdı.
Ağasəf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB