Ukrayna Rusiyanın UEFA və FİFA-dan çıxarılmasını tələb edir

Ukrayna Rusiyanın UEFA və FİFA-dan çıxarılmasını tələb edir

Ukrayna Futbol Federasiyası UEFA və FİFA-ya məktub göndərib. Onlarda qurum Rusiya Futbol İttifaqının UEFA və FİFA-dan kənarlaşdırılması imkanlarına baxmağı xahiş edir.

SİA öz qaynaqlarına istinadən xəbər verir ki, Ukrayna Futbol Federasiyası öz mövqeyini Rusiya Futbol İttifaqının Avropa və dünyanın rəhbər orqanlarının tələblərinə cavab verməməsi ilə əsaslandırır.

Qeyd edək ki, Ukraynada “Sevastopol” və Yaltanın “Rubin” komandalarının Rusiyanın 3-cü futbol divizionunda ilk oyunlarını keçirməsindən hiddətləniblər.

...Daha əvvəl UEFA Krım klublarına Rusiya Futbol İttifaqının keçirdiyi turnirlərdə çıxış etməyi qadağan etmişdi. Bildirək ki, müvafiq qərar 9 il əvvəl qəbul edilmişdi.

Xatırladaq ki, 2022-ci ilin əvvəlində Rusiya futbolu sanksiyalarla üzləşib. Rusiya Premyer Liqa klubları indi avrokuboklarda, milli komandalar isə rəsmi oyunlarda çıxış etmirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə