"Mançester Siti"nin ulduzu Mahrez Antalyadadır - FOTO

"Mançester Siti"nin ulduzu Mahrez Antalyadadır - FOTO

İngiltərə Premyer Liqa komandalarından olan "Mançester Siti"nin əlcəzairli ulduz futbolçusu Riyad Mahrez tətil üçün Antalyanı seçib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ötən mövsüm "Mançester Siti"nin forması ilə 3 kubok qazanan 32 yaşlı cinah oyunçusu bir həftəlik istirahətini Antalyanın Serik səmtindəki Belek turizm mərkəzində yerləşən "Regnum Carya" otelində keçirəcək.

Digər tərəfdən, Avropanın nəhəng klublarında çıxış edən bir çox ulduz futbolçu da bu yaxınlarda eyni oteldə istirahət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə