Ötən mövsüm forma geyindiyi "Fənərbağça"dan ayrılaraq "Real"a yollanan Arda Gülər mətbuatın diqqət mərkəzində olarkən, milli futbolçu ilə bağlı saxta xəbərlər sürətlə artmağa başlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, "Fənərbağça"dan ayrılan baş məşqçi Xorxe Jesusun "Arda Gülər mənim sayəmdə "Real Madrid"ə transfer oldu" deməsi xəbərinin yalan olduğu üzə çıxıb.
Portuqaliyada çıxan "Bola" qəzeti Jesusun Arda haqqında heç kimlə danışmadığını və iddia edilən ifadənin yalan olduğunu yazıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB