2023/24 mövsümünə hazırlıqlarını davam etdirən “Səbail” bu gün Türkiyə toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb. SİA xəbər verir ki, Şahin Diniyevin komandası Türkiyə 1-ci liqa təmsilçisi “Ərzurumspor”la qarşılaşıb və 4:3 hesabı ilə qalib gəlib. Bakı klubunun qollarını Petro Nuno, Aleksandr Romalinqom (2) və Ağabala Ramazanov vurub.
Qeyd edək ki, “Səbail”in Superliqa təmsilçiləri “Konyaspor” və “Sivasspor”la da oyunları nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB