"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva "Barselona"ya transfer olubmaq istəyir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Marca” məlumat yayıb.
Qeyd edək ki, İngiltərə klubu futbolçusunu 80 milyon avroya satmağa hazırdır.
"Barselona" isə Silvanı bir il müddətinə icarəyə götürmək istəyir. Lakin "Siti" təklifi müsbət cavablandırmayıb. Klub portuqaliyalı oyunçunu icarəyə verməyi düşünmür.
Ötən mövsüm 28 yaşlı portuqaliyalı futbolçu Premyer Liqada 34 oyunda 4 qol vurub və 5 qolun ötürməsini verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB