Çexiyalı tennisçi Marketa Vondrouşova Uimbildon tennis turnirinin qalibi olub. SİA xəbər verir ki, dünyanın ən yaxşı raketka ustalarının siyahısında 42-ci pillədə qərarlaşan çexiyalı tennisçi heç kimin gözləmədiyi halda finala yüksəlib və həlledici qarşılaşmada tunisli təmsilçisi Ons Jaberə qalib gəlib.
Görüş 6:4, 6:4 hesabı ilə 24 yaşlı çexiyalının xeyrinə başa çatıb.
Tennisçilər kortda 1 saat 20 dəqiqə vaxt keçiriblər. Əlavə edək ki, Uimbildon turnirinin mükafat fondu 56,3 milyon dollardır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB