"Kəpəz" klubu Azərbaycan Premyer Liqasına hazırlığın növbəti mərhələsini Bakıda keçirəcək. SİA-nın məlumatına görə, "sarı-göylər" iyulun 28-dək paytaxtda qalacaq.
Təlim-məşq toplanışı "Dalğa Arena"da gerçəkləşəcək. Komanda bu gün iki məşqə çıxacaq.
Dünən "Zirə" ilə yoxlama oyununda (1:2) iştirak edən futbolçular bərpa məşqi ilə kifayətlənəcəklər. Yüngül zədəsi olan Abdullahi Şuaybu, Tural Rzayev və komandaya gec qoşulan Mate Kvirkviya isə fərdi halda çalışacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB