Latviya–Azərbaycan oyunu heç-heçə başa çatıb

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Latviyadakı təlim-məşq toplanışı çərçivəsində beynəlxalq yoldaşlıq oyunu keçirib. SİA-nın məlumatına görə, Latviya yığması ilə oyun 1:1 hesabı ilə nəticələnib.

Millinin heyətində Alina Dorofoyeva fərqlənib.

Komandalar arasında növbəti oyun iyulun 17-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə