Ronaldo “Ginnesin Rekordlar Kitabı”na düşdü

Ronaldo “Ginnesin Rekordlar Kitabı”na düşdü

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo 2023-cü ilin ən çox qazanan idmançısı kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb. SİA xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

“Forbes”in məlumatına görə, 38 yaşlı forvard 2022-ci ilin 1 mayından 2023-cü ilin 1 mayına qədər 136 milyon dollar qazanıb.

Bu məbləğə əmək haqqı, pul mükafatı, müqavilə mükafatları, sponsorluqlar, həmçinin kommersiya tədbirlərində iştirakdan əldə edilən maliyyə daxildir.

Qeyd edək ki, “Ginnesin Rekordlar Kitabı” 2022-də argentinalı hücumçu Lionel Messini ilin ən çox qazanan idmançısı seçib. Onun nəticəsi 130 milyon dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə