"Neftçi"nin yeni baş məşqçisi Adrian Mutu ilk transferini gerçəkləşdirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt klubu rumıniyalı mütəxəssisin istəyilə ÇFR-dən Yuri Matiası heyətinə qatıb.
İddiaya görə, "ağ-qaralar" bu keçid üçün qarşı tərəfə 400 000 avro təzminat ödəyib.
Rumıniya klubunun prezidenti Nelu Varqa da 28 yaşlı müdafiəçini satdıqlarını təsdiqləyib. Amma o, təcrübəli oyunçunun hansı komandaya keçdiyini açıqlamayıb.
Qeyd edək ki, "Neftçi" Adrian Mutu ilə 2 illik müqavilə imzalayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB