Türkiyənin qadınlardan ibarət yığma komandası yarımfinalda

Türkiyənin qadınlardan ibarət yığma komandası yarımfinalda

Voleybol üzrə qadınlardan ibarət Türkiyənin yığma komandası 2023 Qadınlar Millətlər Liqasında yoluna davam edir.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, dörddəbir finalda İtaliya ilə qarşılaşan milli komanda matçı 3-0 qazanmağı bacarıb.
5-5 hesablı bərabərlikdən sonra Türkiyə matça öz gücünü qoyub və xal fərqini 6-ya çatdırıb.

Rəqibinə geri dönmək şansı verməyən yığma komanda seti 25-20 qazanaraq görüşdə 1-0 önə keçib.

İkinci setdə isə yığma komandanın üstünlüyü olub.

Rəqibindən daha az səhvə yol verən millilərimiz 25-15 xal fərqi ilə vəziyyəti 2-0-a çatdırıb.

Qadınlardan ibarət Türkiyənin yığma komandası üçüncü setdə İtaliyaya şans verməyib.

Başdan sona üstün oyun nümayiş etdirən Türkiyə seti 25-18, matçı isə 3-0 qazanıb.

2023-cü il Qadınlar Millətlər Liqasının yarımfinalına damğasını vuran komanda ev sahibi ABŞ-la oynayacaq.

Bazar günü səhər saat 03:30-da oynanılacaq Türkiyə ile ABŞ arasında keçiriləcək yarımfinal matçı "TRT Spor" kanalında canlı yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə