“Barselona” UEFA-nın cəzasına etiraz edəcək

“Barselona” UEFA-nın cəzasına etiraz edəcək

“Barselona” UEFA-nın Apellyasiya Komitəsinə müraciət edəcək və lazım gələrsə, 500 min avro cərimə tətbiq edildikdən sonra İdman Arbitraj Məhkəməsinə müraciət etməyə hazırdır.

SİA-nın əldə etdiyi məlumata görə, “Mundo Deportivo” xəbər verir ki, apellyasiya şikayəti vermək qərarı UEFA-nın 2022-ci maliyyə ili üçün qeyri-maddi aktivlərin satışından əldə olunan mənfəətlə bağlı hesabatı düzgün olmayan kimi tanımasından sonra verilib. Kataloniya klubu cəriməyə etiraz etmək və apellyasiya prosesi vasitəsilə müsbət nəticə əldə etmək niyyətindədir.

“Barselona” təmsilçiləri öz hərəkətlərinin qanuniliyinə əmindirlər və bu əməliyyatları həyata keçirmək üçün La Liqanın razılığına malik olduqlarına inanırlar. Bununla bağlı klub müraciətə baxılacağını və UEFA-nın Apellyasiya Komitəsində öz maraqlarını müdafiə edəcəyini gözləyir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə