"Çempionatda 70-ə yaxın idmançı iştirak edir" - BAŞ KATİB BİLDİRİB

"Çempionatda 70-ə yaxın idmançı iştirak edir" - BAŞ KATİB BİLDİRİB

"2023-cü ilin ilk Bakı çempionatına start verdik. Bu ərazidəki məşqlər artıq fəaliyyətə başlayıb". SİA xəbər verir ki, bu sözləri Azərbaycan Avarçəkmə və Kanoe Federasiyasının baş katibi Fərhad Əliyev jurnalistlərə açıqlamasında deyib.

Baş katib bildirib ki, çempionatlar il ərzində davam edəcək: "Paytaxtda yarışların keçirilməsində idmançılar da maralıdır. Həm Mingəçevir, həm də Bakıdan 70-ə yaxın idmançı bu yarışda iştirak edir. İnanıram ki, uğurlu yarış olacaq".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə