Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası, Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 14 iyul tarixində avarçəkmə üzrə Bakı çempionatı təşkil edir. SİA xəbər verir ki, bulvar ərazisində, “Milan Expo”nun qarşısında keçiriləcək çempionatda paytaxtla yanaşı Mingəçevirdən olan 70-ə yaxın yeniyetmə və gənc avarçəkən yarışa İdmançılar avarçəkmənin akademik, kayak və kanoe növlərində mübarizə aparır. Bakı çempionatı bir gün davam edəcək.
Qeyd edək ki, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının əsas prioritetlərindən biri yeniyetmə və gənclər arasında avarçəkmə idman növünü daha da populyarlaşdırmaq, kütləviliyi təmin etməkdir. Bakı çempionatında fərqlənən idmançılar gələcəkdə milli komandanın heyətinə cəlb olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB