“Sumqayıt” klubu yeni mövsümün hazırlıqlarını Türkiyədə davam etdirəcək
“Sumqayıt” komandası 2023/2024 mövsümü üçün hazırlıqlarını davam etdirir. "Gənclik şəhəri" təmsilçisindən SİA-ya verilən məlumata görə, iyunun 26-dan baş məşqçi Samir Abasovun rəhbərliyi ilə məşqlərə start verən kollektiv təlim-məşq toplanışı üçün iyulun 16-da Türkiyəyə yollanacaq.
"Sumqayıt" iyulun 27-dəK Ərzurum şəhərinin “Dedeman” hotelində məskunlaşacaq.
Komandanın yoxlama oyunlarında üz-üzə gələcəyi rəqiblər hələlik bəlli deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB