"Atletiko"nun futbolçusu Renan Lodi "Marsel"ə keçir.
SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Braziliyalı yarımmüdafiəçi sabah Fransa klubunda tibbi müayinədən keçəcək. Bu transfer üçün "Marsel" Madrid klubuna 13 milyon avro ödəyəcək.
Qeyd edək ki, Lodi 2022/23 mövsümünü icarə əsasında "Nottingem Forest"də çıxış edib. O, Premyer Liqada 28 oyun keçirib və 1 məhsuldar ötürmə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB