“Barselona” hazırkı transfer pəncərəsində yarımmüdafiəçi Frenki de Yonqu satmayacaq.
Keçən ildə olduğu kimi, şayiələr hollandiyalı futbolçunu heyəti gücləndirmək üçün əhəmiyyətli məbləğdə pul xərcləməyə hazır olan “Mançester Yunayted”ə mümkün keçidlə əlaqələndirib. Jurnalist Qabriel Sanzın sözlərinə görə, "Barselona" 26 yaşlı yarımmüdafiəçi ilə heç də ayrılmaqda maraqlı deyil. Arzu edənlər çox böyük məbləğ ödəməyə razı olsalar belə, bununla bağlı təkliflərin rədd ediləcəyi gözlənilir.
SİA-nın əldə etdiyi məlumata görə, Frenki De Yonq “Transfermarkt”a görə 75 milyon avro dəyərində qiymətləndirilir.
Ağasəf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB