Transfer çalışmalarını davam etdirən Bakının "Səbail" klubu heyətini daha bir futbolçu ilə gücləndirib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı təmsilçisi son mövsümü Fransanın "Sedan" komandasında keçirmiş hücumçu Aleksandr Ramalinqomla birillik müqavilə imzalayıb.
Madaqaskar millisinin üzvü karyerası ərzində "Marinyan", "Balajn", "Ayaçço", "Marinyan Cinyak", "Bezye" (hamısı Fransa) "Virton" (Belçika) klublarının uğurları üçün çalışıb. Otuz yaşlı futbolçu yığmada 8 oyun keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB