"Linkoln" - "Qarabağ" oyununda hesab açıldı - Yenilənir

"Linkoln" - "Qarabağ" oyununda hesab açıldı - Yenilənir

Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə start verilib.

SİA Qol.az-a istinadən xəbər verir ki, ölkəmizi bu turnirdə təmsil edən “Qarabağ” da mübarizəyə bu mərhələdən başlayıb. Ağdam təmsilçisi ilk oyununda səfərdə Cəbəllütariqin “Linkoln” klubu ilə qarşılaşır.

Oyun bu gün Bakı vaxtı ilə saat 19:30-da start götürüb. Cavab görüşü iyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Bu cütün qalibi 2-ci mərhələdə “Rakuv” (Polşa) - “Flora” (Estoniya) cütünün qalibi ilə üz-üzə gələcək. Ağdam təmsilçisinin ilk görüşü yenə səfərdə olacaq.

11 iyul

Çempionlar Liqası

I təsnifat mərhələsi, ilk oyun

19:30. “Linkoln” (Cəbəllütariq) – “Qarabağ” (Azərbaycan) - 1:0 (Birinci hissə)

Qol: Kike Qomes, 25
“Viktoriya” stadionu.

Baş hakim: Vitalijs Spasjonnikov (Litva)

Bütün xəbərlər Facebook səhifəmizdə