“Qarabağ” UEFA Çempionlar Liqasında ilk oyununa çıxıb

“Qarabağ” UEFA Çempionlar Liqasında ilk oyununa çıxıb

Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə start veriləcək.

SİA Qol.az-a istinadən xəbər verir ki, ölkəmizi bu turnirdə təmsil edən “Qarabağ” da mübarizəyə bu mərhələdən başlayacaq. Ağdam təmsilçisi ilk oyununda Cəbəllütariqin “Linkoln” klubu ilə qarşılaşacaq.

Oyun bu gün Bakı vaxtı ilə saat 19:30-da start götürəcək. Cavab görüşü iyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Bu cütün qalibi 2-ci mərhələdə “Rakuv” (Polşa) - “Flora” (Estoniya) cütünün qalibi ilə üz-üzə gələcək. Ağdam təmsilçisinin ilk görüşü yenə səfərdə olacaq.

11 iyul

Çempionlar Liqası

I təsnifat mərhələsi, ilk oyun

19:30. “Linkoln” (Cəbəllütariq) – “Qarabağ” (Azərbaycan) - 0:0 (Birinci hissə)
“Viktoriya” stadionu.

Baş hakim: Vitalijs Spasjonnikov (Litva)

Bütün xəbərlər Facebook səhifəmizdə