“Əl-Hilal” İtaliya klubunun ulduzunu transfer edir

“Əl-Hilal” İtaliya klubunun ulduzunu transfer edir

“Latsio”nun futbolçusu Serqey Milinkoviç-Saviç karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər. SİA xəbər verir ki, italyan insayder Fabritsio Romanonun yaydığı məlumata görə, “Əl-Hilal” onu transfer etmək istəyir. Ərəblər artıq İtaliya klubu ilə razılığa gəliblər. “Əl-Hilal” serbiyalı yarımmüdafiəçi üçün 40 milyon avro ödəməyə razılaşıb.

Klub yaxın zamanda ulduz oyunçunun özü ilə danışıqlara başlayacaq.

“Əl-Hilal” bu yay “Vulverhempton”dan Ruben Neveş və “Çelsi”dən Kalidu Kulibalini transfer edib.

Bütün xəbərlər Facebook səhifəmizdə