"Barselona" Vitor Rokenin transferini elan etməyə hazırlaşır

"Barselona" Vitor Rokenin transferini elan etməyə hazırlaşır

"Barselona" "Atletiko Paranaense"nin hücumçusu Vitor Rokenin transferi ilə bağlı rəsmi açıqlama hazırlayır.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, nüfuzlu futbol insayderi Fabrizio Romanonun məlumatına görə, Kataloniya klubu braziliyalı futbolçunu "Paranense"dən transfer edəcək. Müqaviləyə Barselonanın oyunçu üçün ödəyəcəyi 30 milyon avro sabit məbləğ və mümkün əlavə ödənişlər daxildir.

Müqavilənin şərtlərinə əsasən, Paranaense, həmçinin çıxışlara, vurulan qollara və qazanılan kuboklara görə 26 milyon avroya qədər bonus alacaq. Bundan əlavə, hücumçu “Qızıl top” üçün səsvermədə ilk üçlüyə düşərsə, Braziliya klubu əlavə 5 milyona arxalana biləcək.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə