SİA-nın dünən də yazdığı kimi, “Barselona” “Atletiko Paranaense”nin hücumçusu Vitor Rokeni transfer edib.
18 yaşlı futbolçu transfer üçün 40 milyon avrodan çox ödəyəcək kataloniyalıların sıralarına qoşulacaq.
İnsayder Fabrizio Romanonun yenilənmiş hesabatına görə, müqavilə klublar və oyunçu tərəfindən imzalanmış bütün lazımi sənədlərlə tamamlanıb. Qeyd edək ki, transfer qapalı sayıla bilər.
Vitor Roke “Atletiko Paranaense”nin heyətində hazırkı Braziliya A Seriyasında 13 matçda 7 qol vurub və 2 məhsuldar ötürmə edib. Transfermarkt portalı hücumçunun dəyərini 18 milyon avro qiymətləndirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB