Rusiyalı qrossmeyster vətəndaçlığını dəyişib

Rusiyalı qrossmeyster vətəndaçlığını dəyişib

Rusiyalı qrossmeyster Kirill Alekseenko bundan sonra Avstriya bayrağı altında çıxış edəcək.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə məlumat onun Beynəlxalq Şahmat Federasiyasının (FIDE) saytındakı profilində yer alıb.

Vətəndaşlıq dəyişikliyi iyulun 7-də FİDE tərəfindən təsdiqlənib. İndi Alekseenko yeni federasiyanın bayrağı altında yarışmaq hüququ qazanıb.

26 yaşlı Alekseenko FİDE reytinqində 63-cü yerdə qərarlaşıb. Şahmatçı Yekaterinburqda (2020) dünya şahmat tacı uğrunda görüş üçün Namizədlər Turnirində iştirak edib və “wild card” aldıqdan sonra yarışa daxil olub.

Daha sonra 14 oyunda 5,5 xal toplayan Alekseenko səkkiz oyunçu arasında yeddinci yeri tutub.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə