Karius daha bir mövsüm "Nyukasl"da

Karius daha bir mövsüm "Nyukasl"da

"Nyukasl" qapıçısı Loris Karius ilə müqaviləni uzadıb.

SİA-nın əldə etdiyi məlumata görə, 30 yaşlı futbolçunun "sağsağanlar"la yeni müqaviləsi 1 illik nəzərdə tutulub.

Vaxtilə "Liverpul" və "Beşiktaş" kimi klubların da şərəfini qorumuş alman qapıçı "Nyukasl"a ötən ilin payızında gəlib. O, bu müddət ərzində cəmi bir oyunda iştirak edib və iki top buraxıb.

Xatırladaq ki, ötən mövsümün sonunda "Nyukasl" İngiltərə Premyer Liqasını dördüncü pillədə başa vuraraq, Çempionlar Liqasında iştirak etmək hüququ qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə