PSJ 22 milyon avroya koreyalı futbolçu alıb

PSJ 22 milyon avroya koreyalı futbolçu alıb

Li Kanq İn PSJ ilə müqavilə imzalayıb. SİA xəbər verir ki, Paris klubu koreyalı yarımmüdafiəçinin transferi barədə açıqlama verib. Onun müqaviləsi 2028-ci ilə qədərdir.

Məlumata görə, “Malyorka” futbolçunun transferinə görə 22 milyon avro qazanıb.

Qeyd edək ki, 22 yaşlı yarımmüdafiəçi ötən mövsüm La Liqada 36 oyunda 6 qol vurub və 6 məhsuldar ötürmə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə