Rumıniyanın Kluj-Napoka şəhərində bədii gimnastika üzrə gənclər arasında keçirilən 2-ci dünya çempionatında Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət qrup hərəkətləri üzrə yığma komandamızın üzvləri çoxnövçülük proqramında bürünc medala layiq görülüb.
SİA-nın əldə etdiyi məlumata görə, bu uğur Azərbaycan gimnastika tarixində gənclər arasında keçirilən dünya çempionatında qazanılan ilk nailiyyətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB