Rusiya və Belarusdan 500-ə yaxın idmançı Asiya Oyunlarına buraxılacaq

Rusiya və Belarusdan 500-ə yaxın idmançı Asiya Oyunlarına buraxılacaq

Sentyabrın 23-dən oktyabrın 8-dək Çinin Hançjou şəhərində keçiriləcək Asiya Oyunlarında Rusiya və Belarusdan 500-ə yaxın idmançıya icazə veriləcək.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Inside The Games” nəşri məlumat yayıb.

Qeyd edək ki, idmançılar neytral bayraq altında yarışacaq. Belə ki, milli simvollardan istifadə qadağan olunacaq. Onlar həmçinin yarış medalları üçün uyğun olmayacaqlar. Asiya Oyunlarında iştirak idmançılara 2024-cü ildə Paris Olimpiadasına vəsiqə qazanmağa imkan verəcək.

Mart ayında Beynəlxalq Olimpiya Komitəsi Rusiya və Belarus idmançılarının Olimpiya Oyunlarına buraxılması proseduru ilə bağlı tövsiyələrinə aydınlıq gətirib.

Beləliklə, BOK-un təkliflərinə aşağıdakılar daxildir:

Rusiya və Belarus idmançılarının dövlət himni, bayrağı və onlara istinad edilmədən yalnız fərdi yarışlarda çıxışı;

Belə idmançıların Rusiyanın Ukraynaya təcavüzünə “aktiv dəstəyin” olmaması (sosial şəbəkələrdəki yazılar, ictimai bəyanatlar, müharibə ilə bağlı simvolların nümayişi);

Bu idmançılar hərbçi və ya təhlükəsizlik işçisi olmamalıdır.

Olimpiadada iştirak etmək istəyən bütün Rusiya və Belarus idmançılarının antidopinq qaydalarına məcburi riayət etməsi və bu ölkələrin rəsmilərinin Oyunlarda iştirakına tam qadağa qoyulması kimi digər məqamlar BOK-un tövsiyələrində qalır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə