"Qarabağ"ın rəqibi hücumçusunu İngiltərə klubuna icarəyə verib

"Qarabağ"ın rəqibi hücumçusunu İngiltərə klubuna icarəyə verib

Cəbəllütariqin "Linkoln" komandası "Qarabağ"la UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunu öncəsi futbolçusu Freddi Dreyperi icarəyə verib. SİA-nın yerli mətbuata istinadən məlumatına görə, 19 yaşlı hücumçu növbəti mövsümü İngiltərənin "Uolsoll" komandasında keçirəcək. Artıq gənc forvardla müqavilə imzalanıb.

Qeyd edək ki, "Qarabağ" "Linkoln"a qarşı ilk matçını iyulun 11-də səfərdə, cavab görüşünü isə iyulun 19-da evdə keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə