“Ançelottinin gedişi “Real Madrid” üçün imic itkisidir”

“Ançelottinin gedişi “Real Madrid” üçün imic itkisidir”

Rusiya millisinin keçmiş baş məşqçisi Boris İqnatyev “Euro-Futbol.Ru” internet nəşrinə verdiyi eksklüziv şərhdə Karlo Ançelottinin Braziliya millisinə rəhbərlik etmək qərarını yüksək qiymətləndirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bununla belə o, bunun “Real Madrid” üçün imic itkisi olduğunu da dilə gətirib.

İqnatyevin dediyinə görə, Ançelotti böyük ustalarla əla işləyir, o, ulduz komandaları lazımi formaya gətirməyi bacarır.

...Böyük Madrid oyunçuları artıq Ançelottiyə və onun tələblərinə uyğunlaşıblar. Burada ya komandanı, ya da futbolçuları dəyişmək lazım gəlir. Məsələ bundadır ki, eyni oyunçu dəsti ilə uzun müddət ərzində yaxçı nəticə əldə etmək çətindir.

...Və beləliklə adam üç il eyni şeyi deyir. Məsələn, mən əminəm ki, Qvardiola bir müddət sonra İngiltərəni tərk edəcək. Sevmədiyi üçün yox. Sadəcə olaraq, əksər məşqçilərin qoxu hissi zəifdir. Öz növbəsində Braziliya millisinin futbolçuları da böyük problemləri həll etmək üçün yeni mütəxəssisin ətrafına toplaşacaqlar.

Bunu rusiyalı mütəxxəsis İqnatyev bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə