21 yaşadək futbolçular arasında Avropa çempionatında ilk finalçı müəyyənləşib.
SİA-nın əldə etdiyi məlumata görə, yarımfinalda İsrail yığmasını 3:0 hesabı ilə məğlub edən İngiltərə millisi həlledici matça vəsiqə qazanıb.
Qolları 42-ci dəqiqədə Morqan Gibbs Uayt, 63-cü dəqiqədə Koul Palmer və 90-cı dəqiqədə Kemeron Arçer vurublar. 17-ci dəqiqədə Uayt penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.
Qeyd edək ki, İngiltərə seçməsinin finaldakı rəqibi İspaniya - Ukrayna cütünün qalibi olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB