Azərbaycan millisi Moldovaya uduzdu

Azərbaycan millisi Moldovaya uduzdu

Bu gün çimərlik futbolu üzrə Azərbaycan yığma komandası Bakıda təşkil olunan dünya çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

SİA-nın əldə etdiyi məlumata görə, milli komanda Moldova yığması ilə üz-üzə gəlib.

“Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında təşkil olunan görüş rəqibin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan yığmasından qolları 7-ci dəqiqədə Elçin Qasımov və 33-cü dəqiqədə Tural Qürbətov vurublar.

A qrupunun digər görüşündə İtaliya Estoniyanı məğlub edib - 3:1.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня