Di Mariya yenidən "Benfika"da

Argentinalı futbolçu Anhel Di Mariyanın yeni komandası bəlli olub.

SİA-nın əldə etdiyi məlumata görə, futbolçu karyerasını Portuqaliyada davam etdirəcək.

Belə ki, "Benfika" 2007-2010-cu illərdə Lissabonda çıxış edən argentinalı yarımmüdafiəçinin komandaya qayıtdığını açıqlayıb.

Di Mariya əvvəllər Madrid “Real”ı, “Mançester Yunayted”, PSJ və “Yuventus” kimi komandalarda çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə