...Klubun mətbuat xidmətindən verilən məlumata görə, çilili mütəxəssis Manuel Pelleqrini “Betis”lə yeni müqavilə imzalayıb.
SİA-nın əldə etdiyi məlumata görə, indi onun “Betis” klubu ilə müqaviləsi 2025/26 mövsümünün sonuna kimi hesablanıb.
Xatırladaq ki, Pelleqrini artıq 3 ildir ki, 2020-ci ilin yayından “Betis”ə rəhbərlik edir. Keçən mövsümdə onun klubu 60 xal toplayaraq La Liqa turnir cədvəlini 6-cı pillədə başa vurmağı və növbəti mövsümdə Avrokuboklara çıxmağı bacarıb.
Ümumilikdə, 69 yaşlı Pelleqrini karyerası ərzində məşqçi kimi 15-dən çox iş yeri dəyişib, lakin o, daha çox “Real Madrid”, “Malaqa” və “Mançester Siti” ilə işləməsi ilə tanınır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB