Adrian Mutu “Neftçi”ni çalışdıracaq?

Adrian Mutu “Neftçi”ni çalışdıracaq?

Baş məşqçi axtarışlarını davam etdirən “Neftçi” rəhbərliyi tanınmış çalışdırıcı ilə anlaşmağa yaxındır. SİA-nın əldə etdiyi məlumata görə, türkiyəli Sərgən Yalçınla ortaq məxrəcə gələ bilməyən paytaxt təmsilçisi yenidən rumıniyalı mütəxəssislə işləyə bilər.

Belə ki, mövsümün sonunda Laurentsiu Regekampı istefaya göndərən “ağ-qaralar”ın “sükanı arxası”na ötənlərin məşhur futbolçusu Adrian Mutunun keçəcəyi bildirilir.

Milan “İnter”i, “Çelsi”, “Yuventus” və “Fiorentina”da oynamış Mutu məşqçi kimi “Voluntari”, “Əl Vəhdə” (U-21), Rumıniya (U-21) və “Krayova” klublarını çalışdırıb. Hazırda Buxarestin "Rapid" komandasının baş məşqçisidir.

Bütün xəbərlər Facebook səhifəmizdə