"Dünya çempionatının seçmə mərhələsində dörd komanda çempionata yollanacaq. Bu yarış ağır bir idman şəraitində keçəcək". SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Gənclər və idman nazirliyinin futbol sektorunun müdiri Fikrət Hüseynov iyulun dördündə təşkil olunan mətbuat konfransı zamanı qeyd edib.
O bildirib ki, Azərbaycanda çimərlik futbolunda böyük irəliləyiş var: "Qeyd etmək istəyirəm ki, bugünlərdə Polşada III Avropa oyunları tamamlanıb. Bizim çimərlik futbolu üzrə komandamız Vətənə qayıdıb. Onlar dörd komanda arasında beşinci yeri tutub. Bu çox sevindirici bir haldır. Mən bütün komandalara uğurlar arzulayıram. Güclü qalib gəlsin".
Müəllif: Ləman Əlizadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB