İngiltərəli Stiven Cerrard Səudiyyə Ərəbistanının “Əl-İttifaq” futbol klubunun baş məşqçisi olub. SİA xəbər verir ki, bu barədə bazar ertəsi komandanın Mətbuat Xidməti məlumat yayıb.
Mütəxəssislə müqavilənin detalları açıqlanmayıb.
43 yaşlı Cerrard sonuncu dəfə 2022-ci ilin oktyabrında ayrıldığı İngiltərənin “Aston Villa” klubunda çalışıb. O, həmçinin “Liverpul”un gənclər komandasında və 2020/21 Şotlandiya Çempionatını qazandığı “Reyncers”də çalışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB