Dortmund "Borussiya" Feliks Nmeçanı transfer edib.

Dortmund "Borussiya" Feliks Nmeçanı transfer edib.

Dortmund "Borussiya"sı "Volfsburq"un futbolçusu Feliks Nmeçanı transfer edib.

SİA-nın əldə etdiyi məlumata görə, almaniyalı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Bu transfer üçün Dortmund təmsilçisi 30 milyon avro təzminat ödəyəcək. 22 yaşlı oyunçu yeni klubunda 8 nömrəli forma ilə çıxış edəcək.

Xatırladaq ki, F.Nmeça 2022/2023 mövsümündə"Volfsburq"un heyətində bütün yarışlarda 32 oyuna çıxıb, 3 qol vurub, 5 qolun ötürməsini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə