"Nyukasl" İtaliya klubunun oyunçusunu heyətinə qatıb

"Nyukasl" İtaliya klubunun oyunçusunu heyətinə qatıb

İngiltərənin "Nyukasl" klubu İtaliya "Milan"ından Sandro Tonaloni heyətinə qatıb. SİA Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, İtaliya millisinin də formasını geyinən oyunçu ötən mövsüm A Seriyasında 34 matçda iştirak edib, iki qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə