Azərbaycanın FIFA referisi Konfrans Liqasının oyununa təyinat alıb

Azərbaycanın FIFA referisi Konfrans Liqasının oyununa təyinat alıb

Azərbaycanın FIFA referisi Rauf Cabarov UEFA-dan təyinat alıb. SİA xəbər verir ki, o, Albaniyada "Vlazniya" və Şimali İrlandiyanın “Linfild” komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin cavab oyununu idarə edəcək.

Cabarova laynsmanlar qismində Namik Hüseynov və Cavanşir Yusifov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə İnqilab Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 20-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə